Tramp Davos İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə gedib
ABŞ Prezidenti Donald Tramp Davos İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə gedib.
“TV1” xəbər verir ki, Prezident “Air Force One” təyyarəsindəki elektrik avadanlığı ilə bağlı problemlərə görə, tranzit uçuş edib.
Qeyd olunur ki, D.Tramp Sürix hava limanına nəzərdə tutulan vaxtdan təxminən iki saat gec eniş edib. Daha sonra o, çıxış etmək və Qrenlandiya ətrafında gərginlik fonunda dünya liderləri ilə görüşmək üçün Davosa yollanacaq.
Xatırladaq ki, D.Trampın Davosa uçduğu təyyarə, uçuş zamanı aşkar edilən elektrik avadanlığındakı problem səbəbindən Vaşinqton yaxınlığındakı Endryus birləşmiş bazasına geri qayıdıb. Başqa təyyarəyə keçdikdən sonra D.Tramp Davosa yola düşüb.








