Tramp Harrisdən önə keçdi
ABŞ prezidentliyinə namizəd Kamala Harris Donald Trampla növbəti debat öncəsi liderliyi itirmək üzrədir.
“TV1” xəbər verir ki, bu barədə “The New York Times“ nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, sonuncu sorğunun nəticəsi rəqiblər arasında 1 faizlik fərqin yarandığını ortaya qoyub.
Belə ki, D.Tramp 48, K.Harris isə 47 faiz respondentin dəstəyini qazanıb.
“CBS News”un keçirdiyi rəy sorğusu isə əksinə, Kamala Harrisin 1 faiz öndə olduğunu göstərib. Rəqiblər arasında növbəti debatlar isə sentyabrın 10-da Filadelfiyada keçiriləcək.
Bu arada, Donald Tramp seçkidə qələbə qazandıqdan sonra saxtakarlıq faktlarında adları hallanan məmurlara qarşı sərt tədbirlər görəcəyinin anonsunu verib.