Trampın Çinə səfəri başa çatıb

media-ads_728_90

ABŞ prezidenti Donald Tramp Çinə dövlət səfərini başa vuraraq xüsusi reyslə ölkəsinə yollanıb.

“TV1” xəbər verir ki, Birləşmiş Ştatlar liderinin Çinə sıx qrafik çərçivəsində reallaşıb.

Danışıqlar zamanı Ukrayna böhranı və ABŞ-İran münaqişəsi də daxil olmaqla, bir sıra aktual ikitərəfli və beynəlxalq məsələlər müzakirə edilib.

D.Tramp qeyd edib ki, Vaşinqton və Pekin İran məsələsində oxşar mövqelərə malikdirlər. Onun fikrincə, Çin lideri Si Cinpin də silahlı qarşıdurmaya son qoymaq istəyir. ABŞ lideri iki ölkə arasında uğurlu ticarət müqavilələri bağlandığını da bəyan edib.

Bundan əlavə, Çinin ABŞ şirkətlərinə yüz milyardlarla dollar investisiya qoyacağı da vurğulanır.

media-ads_728_90
Paylaş