Donald Tramp Çində səfərdədir - VİDEO

media-ads_728_90

ABŞ Prezidenti Donald Tramp Çində səfərdədir.

“TV1” TASS-a istinadən xəbər verir ki, D.Trampın təyyarəsi Pekində hava limanına eniş edib.

Səfər çərçivəsində D.Tramp Çin sədri Si Cinpinlə görüşəcək.

ABŞ liderini və onun rəhbərlik etdiyi nümayəndə heyətini Çin sədrinin müavini Han Çjen qarşılayıb.

Qeyd edək ki, Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett bildirmişdi ki, İran mövzusu D.Trampla Si Cinpin arasında aparılacaq danışıqların əsas mövzularından birinə çevrilə bilər. O əlavə edib ki, Çin müzakirələr çərçivəsində İrana yanaşmasını yenidən nəzərdən keçirə bilər. ABŞ prezidentinin səfəri mayın 15-dək davam edəcək.

media-ads_728_90
Paylaş