Trampın Putinə xahişi: Diqqətini öz müharibənizi bitirməyə yönəlt

media-ads_728_90

Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasından sonra Rusiya Prezidenti Vladimir Putin mənimlə əlaqə saxlayıb.

“TV1” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Davos İqtisadi Forumunda çıxışı zamanı bildirib.

“Prezident Putin mənə zəng edərək deyib ki, bu münaqişəni həll etməyimə inana bilmir. Münaqişə 35 ildir davam edirdi, mən isə onu bir gündə həll etdim. O qeyd edib ki, 10 il ərzində münaqişəni həll etməyə çalışıb, lakin uğursuz olub”, – deyə D.Tramp bildirib.

ABŞ Prezidenti qeyd edib ki, söhbət zamanı o, Rusiya liderinə Ukraynada münaqişənin həllinə diqqət yetirməyi məsləhət görüb: “Mən ona dedim: xahiş edirəm, diqqətini öz müharibənizi bitirməyə yönəlt, bu məsələ barədə isə narahat olma”.

media-ads_728_90
Paylaş