Türk Hava Yolları İstanbuldan İrəvana uçuşlara başlayacaq

media-ads_728_90

Mart ayının 11-dən Türk Hava Yolları şirkəti (Turkish Airlines) İstanbul-İrəvan marşrutu üzrə aviareyslərə başlayacaq.

“TV1” xəbər verir ki, bu barədə Ermənistan Energetika Nazirliyinin Turizm Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu barədə aviaşirkət nümayəndələrinin komitə sədri Lusine Gevorqyanla görüşündə məlumat verilib.

“İclasda planlaşdırılan İstanbul-İrəvan-İstanbul reysləri, onların inkişaf perspektivləri, həmçinin yaxın gələcəkdə yeni istiqamətlər üzrə uçuşların həyata keçirilməsi imkanları müzakirə edilib”, – deyə komitədən qeyd olunub.

media-ads_728_90
Paylaş