Türkiyə hərbi təyyarəsinin "qara qutu"sunun təhlili bu tarixdə tamamlanacaq

media-ads_728_90

Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 hərbi təyyarəsinin “qara qutu”sunun təhlili bu həftə tamamlanacaq.

“TV1” xəbər verir ki, “Hurriyet”in yaydığı məlumata görə, bunu hökumət dairələrinə yaxın jurnalist Abdülkadir Selvi bildirib.

“Qara qutuda qeydə alınan 180 parametr araşdırma üçün təhlil edilir. Təhlilin həftənin sonuna qədər tamamlanması gözlənilir”, – deyə o qeyd edib.

A.Selvi qeyd edib ki, qəza yerindən əldə edilən ilkin məlumatlar xarici müdaxilənin son dərəcə aşağı ehtimal olduğunu göstərir və hər hansı digər versiya kimi bu versiya da nəzərdən keçirilir.

Xatırladaq ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Onların nəşi tapılıb və Türkiyəyə göndərilib.

media-ads_728_90
Paylaş