Türkiyə Qəzzaya 1400 tonluq növbəti humanitar yardım göndərib

media-ads_728_90

Türkiyə Qəzzaya növbəti dəfə humanitar yardım göndərib.

“TV1” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Mersin Beynəlxalq Limanından yola salınan 20-ci xeyriyyə gəmisində 1400 tonluq ərzaq, uşaq, gigiyena və geyim ləvazimatları, eləcə də yorğan və çadır olub.

Məlumatda 7 oktyabr 2023-cü ildən bu günə qədər Türkiyənin Qəzzaya 20 min tondan artıq humanitar yardım göndərdiyi qeyd olunub.

media-ads_728_90
Paylaş