Türkiyə təyyarəsi Barselonaya təcili eniş etdi
Türk Hava Yolları (“Turkish Airlines”) şirkətinə məxsus sərnişin təyyarəsi göyərtədə bomba həyəcanı ilə əlaəqdar Barselona şəhər aeroportuna təcili eniş edib.
“TV1” xəbər verir ki, təyyarə İstanbuldan Kataloniyanın paytaxtına doğru uçurdu.
“Təhdidlə əlaqədar təyyarənin göyərtəsində təhlükəsizlik protokolları işə salınıb, təhlükəsizlik xidməti yaranmış vəziyyəti dəyərləndirir”,- deyə İspaniyanın hava limanlarının tənzimləyicisinin “X” səhifəsində paylaşım edilib.
İnsidentin təfərrüatları barədə məlumat verilmir.








