Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir - Rəcəb Tayyib Ərdoğan

media-ads_728_90

“Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik”.

“TV1” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz boru kəmərinin açılış mərasimində çıxış edərkən söyləyib.

“Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik”, – deyə Türkiyə Lideri vurğulayıb.

media-ads_728_90
Paylaş