media-1200x100

Türkiyə və Ermənistan viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlib

media-ads_728_90

Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.

“TV1” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Vurğulanıb ki, onlar normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.

Eyni zamanda, xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.

 

media-ads_728_90
Paylaş