media-1200x100

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri sabah görüşəcək

media-ads_728_90

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan iyulun 30-u Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundunu keçirəcəklər.

“TV1” xəbər verir ki, bu barədə türkiyəli teleaparıcı Sena Alkan X sosial şəbəkəsindəki hesabında bildirib.

O, görüşün səhər saatlarında Ermənistan, günortadan sonra isə Türkiyə tərəfində baş tutacağını qeyd edib. Hazırda İrəvan və Ankara bu məlumatı rəsmən təsdiqləməyib.

Xatırladaq ki, Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Türkiyə 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və bu ölkə ilə bütün əlaqələrini kəsib. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb. Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib.

media-ads_728_90
Paylaş