Türkiyədə daha bir güclü zəlzələ olub

media-ads_728_90

Türkiyənin Antalya vilayətindəki Serik şəhərində 4,9 maqnitudada zəlzələ baş verib.

“TV1” xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Yeraltı təkanın ocağı 28,25 km dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.

media-ads_728_90
Paylaş