Türkiyədə fabrikdə güclü YANĞIN

media-ads_728_90

Türkiyənin Kırıkkale vilayətində yerləşən fabrikdə yanğın baş verib.

“TV1” xəbər verir ki, hazırda əraziyə çox sayda yanğınsöndürmə qüvvələri cəlb olunub.

Fabrikdə iş saatı olsa da, hələlik tələfatla bağlı dəqiq məlumat yoxdur. Fabrikdə çalışan 70 işçi təxliyə edilib.Yanğının sənaye bölgəsindəki digər fabriklərə keçməməsi üçün tədbirlər görülür. Krıkkale valisi yanğının olduğu ərazidə yerləşən daha 66 fabrikin yanğın təhlükəsi ilə üz-üzə olduğunu bildirib.

Kimyəvi maddələrin istehsal olunduğu fabrikdəki yanğın nəticəsində ətrafdakı minik və iri tonnajlı yük avtomobilləri də yanıb.

media-ads_728_90
Paylaş