Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib

media-ads_728_90

Türkiyədə “Fətullahçı” terror təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib, iki həftə ərzində 160 şübhəli şəxs saxlanılıb.

“TV1” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında məlumat paylaşıb.

Məlumata görə, 39 vilayətdə keçirilən əməliyyat zamanı saxlanılanlardan 90-ı həbs olunub, 52 nəfər isə polis nəzarətinə verilməklə sərbəst buraxılıb.

media-ads_728_90
Paylaş