media-1200x100

Türkiyədə baş vermiş zəlzələdə 100-ə yaxın insan yaralanıb, binalara ziyan dəyib - YENİLƏNİB 

media-ads_728_90

Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində 187 vətəndaş yaralanıb.

“TV1” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, zəlzələ nəticəsində həyatını itirən olmayıb.

16:50  ————————————————————————————————————————————–

Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində Elazığda 94 nəfər yaralanıb, 2 binaya ciddi ziyan dəyib.

“TV1” xəbər verir ki, bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.

Qeyd edək ki, səhər saatlarında Malatyanın Kale rayonunda baş vermiş 5,9 maqnitudalı zəlzələ ətraf bölgələrdədə də hiss olunub.

13:11  —————————————————————————————————————————————-

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb.

“TV1” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb.

Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ ki yoxdur.

A.Yerlikanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.

12:00  ——————————————————————————————————————————–

Türkiyənin Malatya bölgəsində 5.9 maqnitudalı zəlzələ qeydə alınıb.

“TV1” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ Diyarbakır, Tunceli və Elazığda da hiss edilib. Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

media-ads_728_90
Paylaş