Türkiyədə İŞİD - ə qarşı keçirilən əməliyyat - 3 polis əməkdaşı həlak olub

media-ads_728_90

Türkiyənin Yalova şəhərində İŞİD terror təşkilatının üzvlərinə qarşı keçirilən əməliyyat zamanı terrorçular tərəfindən açılan atəş nəticəsində 3 polis əməkdaşı həlak olub.

“TV1” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazir hadisə zamanı 8 polis və 1 mühafizəçinin də yaralandığını deyib. Əməliyyat zamanı 6 İŞİD terrorçusu zərərsizləşdirilib.

Terrorçuların olduğu ünvanda aşkarlanan 5 qadın və 6 uşaq təhlükəsiz şəkildə təxliyə edilib.

media-ads_728_90
Paylaş