Türkiyədə zəlzələ olub
Türkiyənin cənubunda zəlzələ olub.
“TV1” xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) açıqladığı məlumata görə, Rixter cədvəli ilə 4 bal gücündə olan zəlzələnin episentri Kahramanmaraş vilayətinin Göksun rayonu olub və yeraltı ocağı 7,01 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ yerli vaxtla 13:19-da (Bakı vaxtı ilə 14:19-da) baş verib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.








