Türkiyənin hərbi-siyasi rəhbərliyi Suriyaya gedir
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Suriyaya işgüzar səfər edəcək.
“TV1” xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi (XİN) yayıb.
Məlumatda qeyd olunur ki, bu səfərdə XİN rəhbərini ölkənin milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın müşayiət edəcək.
“Anadolu” agentliyinin məlumatına görə, Türkiyənin hərbi-siyasi rəhbərliyi səfər çərçivəsində Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa və digər rəsmilərlə görüşəcəklər.








