Türkiyənin Xorvatiyaya göndərdiyi yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsi Xorvatiyada qəzaya uğrayıb.
“TV1” xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.
Kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, əlaqənin kəsildiyi yanğınsöndürmə təyyarəsinin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Qəza zamanı pilot həlak olub.
Qeyd edək ki, iki AT802 yanğınsöndürmə təyyarəsinin texniki xidmət üçün Xorvatiyaya yola düşdüyü, onlardan biri ilə əlaqənin kəsildiyi bildirilir. Təyyarələr noyabrın 13-də Türkiyə vaxtı ilə saat 17:38-də (GMT+3) Zaqreb Hava Limanında yenidən havaya qalxıb və əlverişsiz hava şəraiti səbəbindən geri qayıdıb. Təyyarələrdən biri geri dönmə zamanı Rejika Hava Limanına eniş edib. Türkiyə vaxtı ilə saat 18:25-də digər təyyarə ilə əlaqə kəsilib. İtkin düşmüş təyyarənin və pilotunun yerini müəyyən etmək üçün axtarış-xilasetmə işləri başlayıb.








