Üç əlli robot simfonik orkestrə dirijorluq etdi – İLK DƏFƏ/VİDEO
Drezdendə Maira Pro S adlı robot ilk dəfə simfonik orkestrə dirijorluq edib.
“TV1” xəbər verir ki, bu barədə “Döyçe Velle” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Maira Pro S ilk çıxışını uğurla ifa edib. İnsan-həmkarlarından fərqli olaraq, Maira 3 əli ilə dirijorluq edib. Bu isə ona mürəkkəb musiqi interpretasiyalarını koordinasiya etməyə imkan verib.
Musiqiçilər etiraf edirlər ki, robotu ilk dəfə izləyəndə stress keçiriblər. Amma tamaşaçılar Mairanı heyranlıqla izləyiblər.