Üç rus sərhədçisi Estoniya ərazisinə girib - Rusiyaya nota verildi
Estoniya Xarici İşlər Nazirliyi (XİN) üç Rusiya sərhədçisi tərəfindən sərhədin qanunsuz keçilməsi ilə bağlı bu ölkənin diplomatik nümayəndəsinə rəsmi nota təqdim edib.
“TV1” xəbər verir ki, bu barədə Estoniya XİN-nin məlumatında bildirilir.
Notada qeyd olunur ki, Rusiya formasında olan sərhədçilər Estoniya sərhədini keçib və hava yastıqlı qayıqda Vasknarvadakı liman körpüsünə gəliblər.
Qeyd edilib ki, ərazidə mümkün insidentlərə operativ reaksiya vermək üçün sərhəd patrulu gücləndirilib.
Xatırladaq ki, dekabrın 18-i sərhəd xidmətləri nümayəndələrinin görüşü planlaşdırılıb. Estoniya tərəfi orada Rusiyadan sərhədin keçilməsi faktına dair izahat gözləyir.








