Uitkoff İsrailə gedib
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Uitkoff İsrailə səfər edib.
“TV1” xəbər verir ki, onun bu gün İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşəcəyi planlaşdırılır.
Həmin görüşdə İsrailin baş ordu qərargah rəisi Eyyal Zamir və Xarici Kəşfiyyat Xidmətinin (“Mossad”) direktoru David Barneanın da iştirakı gözlənilir.
Danışıqlarda əsas müzakirə predmeti İrandakı vəziyyət olacaq.








