Ukrayna nümayəndə heyəti ABŞ-da - Sülh sazişi üzrə danışıqlar aparılacaq
Ukrayna nümayəndə heyəti sülh sazişi ilə bağlı amerikalı tərəfdaşlarla danışıqlar aparmaq üçün ABŞ-dadır.
“TV1” xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov “Telegram” kanalında məlumat yayıb.
“Rustem Umerov və David Araxamiya ilə birlikdə amerikalı tərəfdaşlarla sülh sazişinin detalları barədə vacib danışıq aparılacaq. Planlaşdırılmış görüşdə Stiven Vitkoff, Cared Kuşner və Daniel Driskol da iştirak edəcək”, – o bildirib
Budanov həmçinin vurğulayıb ki, Ukraynaya ədalətli sülh lazımdır: “Biz nəticəyə nail olmaq üçün çalışırıq”.








