Uşaqları yalnız bu halda reklama çəkmək olacaq

media-ads_728_90

Reklamda yetkinlik yaşına çatmayanların müdafiəsi artırılacaq.

“TV1” xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Bədən tərbiyəsi və idman haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə biləcək.

media-ads_728_90
Paylaş