Vaşinqton İranla razılaşma üçün şərtlərini açıqladı

media-ads_728_90

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff mövcud gərginliyin azaldılması üçün Vaşinqtonun İrana olan tələblərini səsləndirib.

“TV1” xəbər verir ki, S.Uitkoffun bildirib ki, razılaşma 4 vacib məsələyə toxunmalıdır: uranın zənginləşdirilmə səviyyəsi, raket arsenalının ixtisarı, artıq mövcud nüvə materialları ilə necə davranılacağı və Yaxın Şərqdə fəaliyyət göstərən İranyönümlü qruplaşmaların fəaliyyəti.

Jurnalistlərin ABŞ Silahlı Qüvvələrinin İrana mümkün zərbəsi ilə bağlı sualına cavab verən xüsusi elçi bütün məsələlərin diplomatik yolla həll olunacağına ümidvar olduğunu bildirib. O qeyd edib ki, İslam Respublikasının ağır iqtisadi vəziyyəti Tehranın kompromisə getməsinə təkan verə bilər.

Sonda Uitkoff İrandakı etirazçıları “son dərəcə cəsur insanlar” adlandırıb və onlarla həmrəylik ifadə edib.

media-ads_728_90
Paylaş