Venesuelanın müdafiə naziri Maduronun ələ keçirilməsi zamanı 83 nəfərin öldürüldüyünü bildirib

media-ads_728_90

ABŞ-ın 3 yanvarda etdiyi hücum nəticəsində 47 Venesuela hərbçisi və 32 Kuba əsgəri də daxil olmaqla 83 nəfər həlak olub.

“TV1” xəbər verir ki, bu barədə Venesuela müdafiə naziri Vladimir Padrino Lopes yerli “Primicia” nəşrinə bildirib.

“ABŞ hərbi məqsədinə nail olub, amma Vətən öz mövqeyində dayanır. Həyatını qurban verən 47 kişi və qadın var”, – deyə Padrino Lopes bildirib.

O, əlavə edib ki, 112 nəfər yaralanıb.

8 yanvarda Venesuela daxili işlər naziri Diosdado Kabello ABŞ-ın ölkəyə hücumu nəticəsində 100 nəfərin öldüyünü bildirib.

media-ads_728_90
Paylaş