Venesuelanın müvəqqəti hökuməti ABŞ vətəndaşlarını azadlığa buraxıb

media-ads_728_90

Venesuelanın müvəqqəti hökuməti ölkədə saxlanılan ən azı dörd ABŞ vətəndaşını azadlığa buraxıb.

“TV1” xəbər verir ki, bu barədə “CNN” vəziyyətlə tanış mənbəyə istinadən məlumat yayıb.

Bu, Nikolas Maduronun qaçırılmasından bəri ilk məlum ABŞ məhkumlarının azad edilməsidir və Delsi Rodriqesin rəhbərlik etdiyi Venesuela müvəqqəti hökuməti onlarla siyasi məhbusu azadlığa buraxmağa başladığı vaxta təsadüf edir.

media-ads_728_90
Paylaş