Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti İrəvandadır

media-ads_728_90

ABŞ vitse-prezidenti Cey Di Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti İrəvana gedib.

“TV1” xəbər verir ki, bu barədə nümayəndə heyətinin tərkibinə daxil olan ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq sosial şəbəkələrdə məlumat verib.

O, Ermənistanın paytaxtındakı hava limanından foto paylaşıb: “Növbəti dayanacaq: İrəvan, Ermənistan”.

Daha əvvəl məlumat verilmişdi ki, Vens bu axşam Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək və danışıqların yekununda onlar mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.

media-ads_728_90
Paylaş