168 min hektar ərazi minalardan təmizlənib - RƏSMİ
“Vətən müharibəsindən bu zamana qədər 168 min hektar ərazi minalardan təmizlənib. Ancaq təəssüf ki, hələ də mina partlayışı səbəbindən dünyasını dəyişən insanlar var”.
“TV1” xəbər verir ki, bunu Azərbaycanda mina qurbanlarına həsr olunmuş dəyirmi masada Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə rəisi Ramil Əzizov deyib.
O qeyd edib ki, mina partlayışı səbəbindən dünyasını dəyişən insanların sayı ötən illərlə müqayisədə 60 faiz azalıb:
“Bu nəticənin digər səbəbi maarifləndirmə tədbirləri ilə bağlıdır. İşğaldan azad olunmuş əraziyə səfər edən şəxslər artıq daha diqqətli davranırlar”.