Vladimir Putin Polad Bülbüloğlunu Aleksandr Nevski ordeni ilə təltif edib
Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə, Polad Bülbüloğlunu Aleksandr Nevski ordeni ilə təltif edib.
“TV1” xəbər verir ki, bu barədə Rusiya dövlət başçısı bu gün fərman imzalayıb.
Qeyd edək ki, Polad Bülbüloğlu 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 2024-ci ilin sentyabr 1-dən isə Azərbaycanın Qarabağ bölgəsindən Milli Məclisə deputat seçilib.