Növbəti üç gündə bəzi yerlərdə yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

media-ads_728_90

Oktyabrın 21-də əsasən dağlıq və dağətəyi rayonlarda, 22-də və 23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

“TV1”  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 22-də bəzi yerlərdə yağıntıların güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Naxçıvan Muxtar Respublikasının bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

media-ads_728_90
Paylaş