"Watsapp" bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI

media-ads_728_90

Mesajlaşma tətbiqi olan “watsapp” 15 noyabrdan etibarən bir çox telefonda istifadəyə bağlanacaq.

“TV1” xəbər verir ki, yeniləmə dəstəyi Android və iOS əməliyyat sistemlərinə sahib telefonlardan çəkiləcək.

Siyahıda “iPhone6” və “Samsung Galaxy S7” kimi məşhur modellər də yer alır.

Bununla “watsapp” 2016-cı il və ondan əvvəl istehsal edilmiş bir çox smartfona yeniləmə dəstəyi verməyəcək. Şirkət tətbiqə əlavə edilən yeni xüsusiyyətlərin daha zəif texniki təminata sahib cihazlarda performans problemlərinə səbəb olacağını açıqlayıb. Nəticədə, bu telefonlar tətbiqin yeni versiyalarını qəbul edə bilməyəcək və müəyyən bir müddətdən sonra “watsapp” tamamilə işləməyəcək.

Dəstəyin kəsilməsinin yüzlərlə telefon modelinə təsir edəcəyi gözlənilir.

Android və iOS cihazlarına aid ən məşhur modelləri qeyd edirik:

Android cihazları:

“Huawei Mate 9 Pro”

“Samsung Galaxy S7”

“Xiaomi Mi Note 2”

“HTC 10 Evo”

“Sony Xperia XZ”

“Xiaomi Mi 5 Pro”

“Samsung Galaxy C9 Pro”

iOS cihazları:

“iPhone 6”

“iPhone 6s”.

 

 

media-ads_728_90
Paylaş