WUF13 üzrə media nümayəndələrinin akkreditasiyası üçün qeydiyyat davam edir
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üzrə media nümayəndələrinin akkreditasiyası üçün qeydiyyat davam edir.
“TV1” xəbər verir ki, bütün media nümayəndələri akkreditasiya üçün UN-Habitat-ın rəsmi qeydiyyat sistemi olan events.unhabitat.org saytı vasitəsilə müraciət etməlidirlər.
Elektron poçt (e-mail) və ya adi poçtla göndərilən müraciətlər qəbul edilməyəcək.
WUF13 haqqında daha ətraflı məlumat əldə etmək və akkreditasiyadan keçmək üçün wuf.unhabitat.org/wuf13 saytına daxil ola bilərsiniz.








