Xamenei Trampa xəbərdarlıq edib

media-ads_728_90

İranın ali lideri Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampa xəbərdarlıq edib.

“TV1” xəbər verir ki, bu barədə Xameneinin “X” hesabında paylaşım olunub.

O, Trampın ABŞ ordusunun dünyanın ən güclü hərbi qüvvəsi olması barədə açıqlamalarına münasibət bildirib:

“ABŞ prezidentinin sözlərinə görə, onlar dünyanın ən güclü hərbi qüvvəsinə sahibdirlər. Dünyanın ən güclü hərbi qüvvəsi bəzən elə ağır zərbə ala bilər ki, bir daha ayağa qalxa bilməz”.

Xatırladaq ki, bu gün Cenevrədə ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar keçirilir.

media-ads_728_90
Paylaş