İlk köç karvanı Kərkicahan qəsəbəsinə çatıb - Açarlar təqdim olunub

media-ads_728_90

Bu gün doğma yurduna yola salınan köç karvanı Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə çatıb.

“TV1” xəbər verir ki, köç edən ailələrə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

12:44

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dekabrın 20-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə ilk köç karvanı yola salınıb.

“TV1” xəbər verir ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 30 ailə – 115 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

media-ads_728_90
Paylaş