Xaricdə yaşayan Gürcüstan vətəndaşları parlament seçkilərində yalnız ölkə daxilində səs verə biləcəklər

media-ads_728_90

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, hazırlanan yeni Seçki Məcəlləsi çərçivəsində vətəndaşlar parlament seçkilərində yalnız Gürcüstan ərazisində səs verə biləcəklər.

“TV1” xəbər verir ki, bu barədə parlament sədri Şalva Papuaşvili keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, xaricdə yaşayan vətəndaşların səsvermə hüququ dəyişməsə də, səsvermə proseduru yenilənir və parlament seçkilərində səsvermə yalnız ölkə sərhədləri daxilində mümkün olacaq. Bu qayda yerli özünüidarə seçkilərinə tətbiq edilən sistemlə eyni olacaq.

Ş.Papuaşvili vurğulayıb ki, qərar seçicilərə xaricdən təsir və siyasi təzyiq risklərini azaltmaq, iradənin sərbəst ifadəsini təmin etmək məqsədi daşıyır. O qeyd edib ki, yeni model İrlandiya, Malta, İsrail və Ermənistan kimi ölkələrin təcrübəsinə uyğundur:

“Yeni Seçki Məcəlləsi seçki prosedurlarını sistemləşdirməyi, təkrarlanan normaları aradan qaldırmağı və məcəlləni daha aydın və funksional etməyi hədəfləyir”.

media-ads_728_90
Paylaş