Xəzər Boru Kəməri Konsorsiumuna Ukrayna dronları hücum edib - Peskov

media-ads_728_90

“Xəzər Boru Kəməri Konsorsiumuna Ukrayna dronları hücum edib”.

“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında bildirib.

O qeyd edib ki, Ukrayna infrastruktura hücum etməyə davam edir:

“Obyekt beynəlxalq əhəmiyyət kəsb etdiyindən Ukrayna dronlarının Xəzər Boru Kəməri Konsorsiumuna hücumu həddən artıq yolverilməz hadisədir”.

D.Peskov Kremlin Xəzər Boru Kəməri Konsorsiumuna dəyən ziyanla bağlı araşdırmanın aparılıb-aparılmadığını bilmədiyini söyləyib.

O, Ukraynanın Qara dənizdəki tankerlərə qarşı hücumunu da yolverilməz hadisə adlandırıb:

“Bu, Türkiyə Respublikasının suverenliyinə, bu gəmilərin sahiblərinin əmlakına qəsddir”.

media-ads_728_90
Paylaş