Xəzəryanı ölkələrin forumu KEÇİRİLİR

media-ads_728_90

Bu gün İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhərində Xəzəryanı ölkələrin 2 günlük beynəlxalq forumu işə başlayıb.

“TV1” xəbər verir ki, “Xəzər; Dostluq Körpüsü və Regional İnkişaf” devizi ilə keçirilən forumda Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran nümayəndələri iştirak edirlər.

Forumda İranın 5 vilayəti (Gilan, Mazandaran, Gülüstan, Hörmüzqan və Sistan və Bəluçestan), Rusiyanın 3 respublikası (Astraxan, Dağıstan və Kalmıkiya), Azərbaycanın 2 rayonu (Lənkəran və Neftçala), Qazaxıstanın Mangistau vilayəti və Türkmənistanın Balkan vilayətinin rəsmiləri iştirak edir.

Sözügedən ölkələrin səfirləri də forumun xüsusi qonaqlarıdır.

Forumun kənarında “Caspian 2025” sərgisi 18-21 noyabr çərçivəsində keçirilir. Sərgidə Rusiya və Qazaxıstandan 25 şirkət iştirak edir.

media-ads_728_90
Paylaş