media-1200x100-50faiz

Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılır - SƏRƏNCAM

media-ads_728_90

Azərbaycan Respublikasının Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılır.

“TV1” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli 479 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.29-cu yarımbəndində göstərilmiş məbləğin 18,3 milyon (on səkkiz milyon üç yüz min) manatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılacaq.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, həmçinin digər aidiyyəti dövlət orqanları (qurumları) Soyqırımı Memorial Kompleksinin yaradılması məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

media-ads_728_90
Paylaş