Yanvar ayı ərzində özəl tibb müəssisələrində qanun pozuntuları aşkarlandı
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2026-cı ilin yanvar ayında 21 özəl tibb müəssisəsində yoxlama aparılıb. Bunlarda planlı – 11, plandankənar – 10 yoxlama aparılıb ki, nəticədə 18 nöqsan faktı aşkar edilib.
“TV1” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilir ki, ən çox rast gəlinən nöqsanlar aşağıdakılar olub: Həkimlərin sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktının 25 halı, lisenziya şərtləri üzrə müəyyən nöqsanların aşkar edilməsinin 6 halı, tibb müəssisinin sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyətinə işçilərin buraxılması faktının aşkarlanmasının 6 halı, sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktının aşkarlanmasının 4 halı və lisenziyadan kənar iş və fəaliyyətin aşkarlanmsının 2 halı.








