Yaponiyada baş verən güclü yanğın bir həftədir davam edir
Yaponiyanın cənub-qərbindəki Oita bölgəsində baş verən güclü yanğın bir həftədir davam edir.
“TV1” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumata görə, yaşayış evləri də daxil olmaqla azı 170 bina yanıb. Ümumilikdə 108 nəfərin təxliyə edildiyi bildirilir.
Yanğının yaxınlıqdakı meşəlik əraziyə keçdiyi də qeyd olunur. Fövqəladə hallar xidmətləri yanğının şəhərin digər məhəllələrinə yayılmasının qarşısını ala bilməyib.
Xatırladaq ki, güclü yanğın noyabrın 18-də başlayıb.








