media-1200x100

Yaxın günlərdə "Bakıkart" proqramı istifadəyə veriləcək

media-ads_728_90

Yaxın günlərdə təkmilləşdirilmiş “Bakıkart” proqramı istifadəyə veriləcək.

“TV1” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov “Gələcək üçün dayanıqlı nəqliyyat” adlı tədbirdə deyib.

O qeyd edib ki, bu proqram Bakıda ictimai nəqliyyatdan istifadənin əlçatanlığını, təmassız ödənişi təmin edəcək, avtobusların real vaxt rejimində izlənməsinə imkan verəcək.

“Azərbaycanda son dövrlərdə onlayn bilet alışı, parklarda və digər bu tipli sahələr üzrə layihələr hazırlanıb, tətbiqlər istifadəyə verilib.

Dayanıqlı inkişafı təmin etmək üçün nəqliyyatın bütün infrastrukturunun yenilənməsi işləri həyata keçirilir”.

media-ads_728_90
Paylaş