Zahid Məmmədov: Xarici sərmayə ilə inkişaf etmək edilməyən duaya amin deməkdir - ÖZƏL/VİDEO

media-ads_728_90

“Xarici sərmayə ilə inkişaf etmək Allaha edilməyən duaya amin deməkdir”.

Bu fikri “TV1”-ə özəl açıqlamasında İqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib.

O bildirib:

“44 günlük savaş göstərdi ki, Azərbaycan tək, heç kimin dəstəyi olmadan, özünün maliyyə, hərbi, texnoloji imkanlarına güvənərək, Ali Baş Komandanın rəhbərliyi ilə böyük qələbəsini qazandı. Bilirsiniz, ölkədə konfrans keçirilir, 6 məruzəçinin hamısı xarici ölkələrdən dəvət olunur. Saatlarla özümə gələ bilmirəm. Mövzunun da adı belədir: Azərbaycan sənayesinin inkişafı problemləri. Xarici ekspert nə bilir ki, Azərbaycan sənayesinin problemləri nələrdir? Və ya ölkəmizin kənd təsərrüfatının problemləri nələrdir? O məruzəçilərin birini Azərbaycandan təyin etmək olmaz? Elmin inkişafı istiqamətində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək lazımdır, amma Azərbaycanın maraqları naminə. Hər şey Azərbaycan üçün olmalıdır”.

Mətanət Əliyeva 

Daha ətraflı videomüsahibədə:

media-ads_728_90
Paylaş