Zahid Məmmədov: Yalançı alimlər yüksək vəzifələrə necə təyin olunurlar? - ÖZƏL/VİDEO
“Yalançı alimlər yüksək vəzifələrə necə təyin olunurlar?”
Bu fikri “TV1”-ə özəl açıqlamasında İqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib.
O bildirib:
“Bu şəxslər necə və hansı yollarla vəzifələrə yol axtarırlar? Müəllim, dosent olmadan professor olmaq mümkün deyil. Bəzi hallarda müəyyən şəxslər müəllimlik fəaliyyəti olmadan birbaşa elmi fəaliyyətdə yüksək vəzifə tuturlar. Bu, mümkün deyil. Çünki bunun üçün meyarlar olmalıdır. Əgər biz elmi adların stimullaşdırılmasını istəyiriksə, bunun üçün meyarlar olmalıdır. Dekan, prorektor, rektor olmaq üçün konkret meyarlar olmalıdır. Əgər siz elmi ad almısınızsa və bunun qarşılığında vəzifə pilləsində dəyişiklik olmursa, bu, artıq problemdir. Yəni, bilik sahibi olan söz sahibi də olmalıdır”.
Mətanət Əliyeva
Daha ətraflı videomüsahibədə:








