media-1200x100

Zelenski: "Biz sülh fəaliyyət planı hazırlayacağıq"

media-ads_728_90

“Ukraynanın ərazi bütövlüyü ilə bağlı müxtəlif ölkələrlə ətraflı danışıqlara başlayacaq”.

“TV1” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

O, bildirib ki, müharibənin ədalətli sona çatması üçün Ukraynaya dəstək və Rusiyaya təzyiq davam etdirilməlidir.

“Rusiya Ukraynaya hücumlarını davam etdirərsə, atəşkəs çağırışlarına cavab verə bilməyəcək. Səbr, dəstək və diplomatik təzyiq müharibənin ədalətli başa çatması üçün üç amildir. ABŞ və Avropa ölkələri birliyi qoruyub saxlasa, bu, əlavə təzyiq yaradacaq”, – deyə Zelenski qeyd edib.

media-ads_728_90
Paylaş