Zəvvar avtobusu qəzaya düşüb, 42 nəfər ölüb - VİDEO

media-ads_728_90

Səudiyyə Ərəbistanında ağır yol-nəqliyyat hadisəsi baş verib.

“TV1” xəbər verir ki, “India Today”in yaydığı məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Məkkədən Mədinəyə doğru hərəkət edən avtobus dizel yanacağı daşıyan yük maşını ilə toqquşub.

Avtobusda olan 42 hindistanlı zəvvar ölüb, bir neçə nəfər isə ağır xəsarət alıb.

Hadisə yerində xilasetmə işləri aparılır.

media-ads_728_90
Paylaş