13 yaşayış məntəqəsində qaz olmayacaq

media-ads_728_90

Sabah Lənkəran rayonunun 13 yaşayış məntəqəsində qaz təchizatında fasilə yaranacaq.

“TV1” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, avqustun 26-da Lənkəran rayonu ərazisində yerləşən daşıyıcı yeraltı orttəzyiqli qaz xəttinin kipliyi sınaqdan keçiriləcək.

Bu məqsədilə Rvo, Narbağı, Qurunba, Şağlaküçə, Bəlləbur, Kərgəlan, Lüvəsər, Darquba, Səbir, Talışlı, Ləj, Haftoni və Xanlıqlı kəndləri daxil olmaqla, ümumilikdə 13 yaşayış məntəqəsində yaşayan təxminən 5 000 abonentin qaz təchizatının saat 10:00-dan işlər sona çatanadək müvəqqəti dayandırılması planlaşdırılır.

media-ads_728_90
Paylaş