150-dən çox fələstinli məhbus digər ölkələrə deportasiya ediləcək

media-ads_728_90

Qəzza zolağında atəşkəs sazişi çərçivəsində İsrail həbsxanalarından azad ediləcək 154 fələstinli məhbus digər ölkələrə deportasiya ediləcək.

“TV1” xəbər verir ki, bu barədə HAMAS ilə əlaqəli fələstinli məhbuslarla iş üzrə ofis öz teleqram kanalında məlumat yayıb.

Məlumata görə, ümumiyyətlə, İsraildə ömürlük və uzunmüddətli məhkum edilmiş 250 nəfər azad edildikdən sonra Fələstin ərazilərindən xaricə deportasiya ediləcək. Onların arasında FƏTH və HAMAS hərəkatlarının, “İslami Cihad” təşkilatının və “Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsi” qruplaşmasının tərəfdarları var.

media-ads_728_90
Paylaş