200 mindən çox insan Livandan Suriyaya qayıdıb - BMT
“2025-ci il başlayandan Livandan 200 000-dən çox suriyalı öz ölkəsinə qayıdıb”.
“TV1” xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müavini Kelli Klements açıqlama verib.
Qeyd edək ki, 2024-cü ilin dekabrında Suriyanın sabiq prezidenti Bəşər Əsədin devrilməsindən sonra digər ölkələrdə qaçqın olaraq məskunlaşmış suriyalıların bir qismi ölkələrinə qayıdıb.
Bununla belə, hələ də 13.5 milyon suriyalı ya ölkə daxilində yaşadığı yerdən didərgin düşüb, ya da digər ölkələrdə qaçqın həyatı yaşayır.